Avropa
Avropa yeni müharibənin astanasında: "Beşlik" ölkələrindən ŞOK XƏBƏRDARLIQ
"Beşlik" ölkələrinin (Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Fransa) səfirləri Serbiya prezidenti Aleksandr Vuçiçə ultimatum göndərərək, Kosovonun şimalındakı barrikadaların 24 saat ərzində aradan qaldırılmasını tələb ediblər.
Publika.az xəbər verir ki, bu barədə Balkanlarda yayımlanan "Pink" telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, diplomatlar Vuçiçə məktub göndərərək xəbərdarlıq ediblər ki, əks halda Kosovonun Baş naziri Albin Kurti Kosovonun şimalındakı serblərə qarşı güc aksiyası üçün kart-blanş alacaq.
Bundan əvvəl Serbiya mediası bazar günü axşam Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin bölmələrinin Kosovo və Metoxiyanın şimalındakı Zubin-axın yaşayış məntəqəsinin yaxınlığındakı barrikadalarda yerləşən serblərə hücum etdiyini bildirmişdi. Hadisədən sonra prezident Vuçiç baş nazir Anna Brnabiç və ölkənin Hərbi Hava Qüvvələri Komandanlığı ilə məsləhətləşmələr aparıb.
Qeyd edək ki, Kosovo və Metoxiyada gərgin vəziyyət davam edir. Dekabrın 10-da Kosovo serbləri Priştinanın hərəkətlərinə etiraz edərək vilayətin şimalında magistral yollarda barrikadalar qurublar.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)

















.jpg)
.jpg)

