Avropa
Nazirin faciəvi ölümünə görə Brovarıda matəm ELAN EDİLDİ
Ukrayna Daxili işlər naziri Denis Monastırskinin ölümü ilə nəticələnən faciəvi helikopter qəzası ilə əlaqədar Brovarıda matəm elan edilib.
Bu barədə Publika.az UNIAN-a istinadla xəbər verir.
"Bu gün Brovarıda baş vermiş faciə ilə əlaqədar olaraq 19, 20 və 21 yanvar tarixləri icmamızda Matəm günləri elan edilib", - mer İqor Sapojko bildirib.
O, həlak olanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. Belə ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin helikopteri yerli uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, nəticədə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 25-i yaralanıb (onlardan 11-i uşaqdır).
Fəlakət sonucunda Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və nazirliyin dövlət katibi.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
