Avropa
Serbiyanın cənubunda fövqəladə vəziyyət elan edildi
Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində fövqəladə vəziyyət elan olunub.
Publika.az xəbər verir ki, iki gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar xüsusilə də Sancak bölgəsindəki Priyepolye, Novi Pazar və Syenitsa şəhərlərində fəsadlar törədib. Bölgədəki Trnaviça, Yosanitsa və Raska çayları daşıb. Trnaviça çayında yolun çökməsi nəticəsində iki nəfərin öldüyü bildirilir. Şəhər rəhbərliyi vətəndaşları çaylardan və potensial təhlükəli körpülərdən uzaq durmağa çağırıb.
Syenitsada isə evlər, məktəblər və iş yerləri daxil olmaqla 200-dən çox bina su altında qalıb. Lima çayında suyun səviyyəsinin saatda 7 santimetr artdığı bildirilib. Priyepolyedə kiçik çayların daşdığı bəzi ərazilərdə risk altında olan vətəndaşlar təxliyə olunub.
Rəsmilər yaxın günlərdə yağıntıların artacağı barədə xəbərdarlıq edib.
Qərbi Balkan regionunda əlverişsiz hava şəraiti Bosniya və Herseqovinada ilə Monteneqroda da fəsadlar törədib. Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun Skenderiya rayonunda Milyaçka çayına düşən qadının cəsədi təxminən 8 kilometr uzaqlıqdakı Safet Zayko parkının yaxınlığında tapılıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
