Avropa
Ərzaq daşıyan daha yeddi gəmi Ukrayna limanlarını tərk etdi
Qarğıdalı və buğda daşıyan yeddi quru yük gəmisi Ukrayna limanlarını tərk edib.
Publika.az xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.
"Yanvarın 27-də Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 368 941 ton taxıl və digər ərzaq daşıyan yeddi gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.
“Tutor” (69 min 756 ton qarğıdalı) və “Tycoon” (35 min ton qarğıdalı və 27,5 min ton buğda) adlı iki quru yük gəmisi İsrailə yola düşüb. "Navios Sagittarius" gəmisi (64 175 ton buğda) Səudiyyə Ərəbistanına, "Arcturus" gəmisi (59 770 ton buğda) isə Keniyaya gedib.
“Sword Lion” gəmisi İtaliyaya 25,5 min ton qarğıdalı, “Dsm Star” quru yük gəmisi isə 8 min 329 ton qarğıdalı çatdıracaq. “Dsm Star” gəmisi, həmçinin İspaniyaya 10 min 734 ton buğda çatdıracaq. "Calypso" gəmisi Çinə 68 177 ton qarğıdalı göndərəcək.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)