Avropa
Rusiya Kramatorska zərbə endirdi: ölən və yaralananlar var - YENİLƏNDİ
Fevralın 2-nə keçən axşam Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb,
Publika.az xəbəri verir ki, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.
Məlumata görə, zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.
"Düşmən hücumu saat 21:45-də baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Polis Rusiyanın hərbi cinayətinin nəticələrini sənədləşdirir. 11 operativ istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər, kinologlar, həkimlər, patrul polisi və digər bölmələr hadisə yerində işləyir”, - məlumatda deyilir.
İnsanların hələ də dağıntılar altında qala bildiyi qeyd edilir. Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunur.
xxx
02:30
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində iki dinc sakin ölüb, səkkiz nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb. Qeyd edilir ki, Donetsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə ibtidai istintaq aparılıb.
İstintaqın məlumatına görə, fevralın 1-də Rusiya Federasiyasının qoşunlarının Kramatorska raket zərbələri yaşayış binasına düşüb.
"İndi dağılmış evin dağıntıları altında iki nəfərin öldüyü məlumdur. Səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb", - prokurorluq qeyd edib. ("Report")
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



















.jpg)

















.jpg)
.jpg)
