Avropa
Britaniyalı generaldan ŞOK AÇIQLAMA: "Putin Kremldən qovula bilər"
"Əgər Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum keçirsə, o zaman Rusiya Prezidenti Vladimir Putin Kremldən qovulacaq və onun ordusu dağılacaq".
Publika.az xəbər verir ki, bu barədə Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat "Sky News" telekanalında bildirib.
O, əmindir ki, ukraynalılar yazın sonu - yayın əvvəlində əks-hücum keçirəcəklər. Bu, düzgün planlaşdırma və müttəfiqlərdən avadanlıq və sursatların davamlı tədarükü ilə mümkün olacaq.
Generalın sözlərinə görə, belə olan halda bu il döyüş meydanında həlledici nəticə əldə etmək üçün real şans var:
"Xüsusilə, çox geniş cəbhədə işğalçı orduya müəyyən nöqtələrdə vurulan bir neçə həlledici zərbə müdaxiləçilərin ruhunu və rus ordusunun onurğa sütununu qıra bilərdi.
Məsələ burasındadır ki, döyüş meydanında hər yerdə ordunu hərtərəfli məğlub etmək lazım deyil. Sadəcə kifayət qədər əsgəri itirdiklərinə inandırmalısan və itirdiklərini düşünəndə məğlub olurlar".
Onun fikrincə, Qərb Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin bu il başa çatması üçün kifayət qədər iş görməyib. Eyni zamanda, o qeyd edib ki, hadisələrin inkişafından narazı olan rus generalları Putini Kremldən qova bilər.
"Düşünmək istərdim ki, ukraynalıların əks-hücumu kifayət qədər yaxşı planlaşdırılsa, dəstəklənsə və yerinə yetirilsə, Putin təkbaşına çox qərar verə bilməyəcək, ordusu dağılıb qaçsa, çox güman ki, onu da Kremldən qovacaqlar", - general deyib.
Lakin o, Rusiya prezidentini kimin əvəzləyəcəyini proqnozlaşdıra bilmir.
Dannat əlavə edib ki, hazırda Rusiya Federasiyasında ən çox narazı olanlar ən yüksək vəzifədə olan generallardır.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir


































