Avropa
Bolqarıstan Ukrayna ilə bağlı QƏRAR VERƏCƏK: "İki dövlət reaksiya verərsə..."
"Bolqarıstan hakimiyyəti Macarıstan və Polşadan nümunə götürərək, Ukraynadan taxıl idxalına qadağa qoyulması ideyasını müzakirə edir".
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan kənd təsərrüfatı naziri Yavor Qeçev məlumat verib.
O, bu addımın fermerlərinin maraqlarının qorunmasının zəruriliyini nəzərə alınaraq atıldığını vurğulayıb.
Bolqarıstan Milli Radiosunun efirində Qeçev Macarıstan və Polşanın tətbiq etdiyi qadağaların hüquqi komponenti ilə bağlı reportajlar gözlədiyini bildirib.
Həmçinin, yekun qərar qəbul etməzdən əvvəl Bolqarıstanın İqtisadiyyat Nazirliyi ilə məsləhətləşmələr tələb olunacaq.
Bolqarıstan hakimiyyəti əsaslı şəkildə hesab edir ki, iki dövlət bu cür reaksiya verərsə, o zaman ölkə ərazisində Ukrayna taxılının miqdarı artacaq.
Bundan əvvəl Ukrayna taxılının idxalına qadağa qoyulması qərarını Polşa və Macarıstan verib.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)