Avropa
Avropa Yayım Birliyi Zelenskinin bu istəyini RƏDD ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenskinin "Eurovision"un finalında videomüraciət etmək istəyi rədd edilib.
Publika.az xəbər verir ki, bu barədə "Times" Avropa Yayım Birliyinin (AYB) nümayəndəsinə istinadla məlumat yayıb.
AYB nümayəndələri bu müsabiqənin beynəlxalq əyləncə şousu olduğunu və onun təməl daşlarından birinin tədbirin qeyri-siyasi xarakter daşıması olduğunu qeyd ediblər. Ona görə də müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatların verilməsi qadağandır.
Xatırladaq ki, daha əvvəl AYB təhlükəsizlik səbəbi ilə "Eurovision 2023"ü 2022-ci ildə müsabiqənin qalibi olmuş Ukrayna ərazisindən Britaniyanın Liverpul şəhərinə köçürmək qərarına gəlib. Eyni zamanda, Ukrayna təmsilçisi avtomatik olaraq yarışın finalına çıxıb.
AYB həmçinin Ukrayna böhranı ilə bağlı narahatlığa görə Rusiyanın "Eurovision"da iştirakını dayandırıb, çünki Rusiyanın iştirakı müsabiqənin nüfuzuna xələl gətirə bilər.
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)