Avropa
Futbolçular etirazçılara müraciət etdilər: xalqın qəzəbinin şahidi olduq
Fransa millisinin futbolçuları 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkədə başlayan etiraz aksiyasının iştirakçılarına müraciət edib.
Publika.az xəbər verir ki, futbolçular etirazçıları zorakılığı dayandırmağa çağırıblar.
"Bütün fransızlar kimi biz də gənc Nahelin vəhşicəsinə öldürülməsindən sarsıldıq. Bu faciəli hadisədən sonra xalqın qəzəbinin şahidi olduq. Etirazların mahiyyətini başa düşürük, lakin formasına haqq qazandıra bilmirik.
Siz öz xalqınızı məhv edirsiniz. mülkünüz, məhəllələriniz, şəhərləriniz, böyüyə biləcəyiniz yerləri dağıdırsınız”, - müraciətdə deyilir.
Fransız futbolçuların fikrincə, zorakılıq heç nəyi həll etmir.
İyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, polisin tələblərini yerinə yetirməkdən imtina edib.
Yeniyetmənin ölümündən sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































