Avropa
Qərb ölkələri bu il Ukraynaya nə qədər maliyyə yardımı edib? - RƏQƏMLƏR
Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, bu məbləğin yalnız dörddə biri qrant şəklində verilib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.
“2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirildi. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25 faizi qrant dəstəyi olub", - nazir öz feysbuk səhifəsində yazıb.
O əlavə edib ki, 2023-cü ildə Ukraynanın beynəlxalq maliyyə institutları ilə kredit layihələrinin portfellərinin həcmi bütün əməkdaşlıq illərində ən böyük olub. Həmçinin qeyd edib ki, daxili bazarda borclanma ötən illə müqayisədə iki dəfə artaraq 15,5 milyard dollar təşkil edib.
Bundan əvvəl Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev qeyd edib ki, noyabrın sonunda Ukraynanın dövlət borcu 140 milyard dolları keçib.
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO












.jpg)




























