Avropa
Sonuncu kraliça da TAXTINDAN ENDİ
Danimarka kraliçası II Marqret Yeni il günü taxtdan imtina etmək niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" kraliçanın Yeni il müraciətinə istinadən məlumat yayıb.
O, 2024-cü il yanvarın 14-də oğlu Frederikin lehinə taxtdan imtina bəyanatını oxumaq niyyətindədir.
2023-cü ilin fevral ayında Danimarka kraliçası II Marqret səhhətindəki problemlərə görə Norveçdəki tətilini ləğv edib.
II Marqret hər qış Norveçdəki Gausdal xizək kurortuna gedir, lakin bu il o, bel problemləri səbəbindən ənənəni dayandırmaq qərarına gəlib.
II Marqret II Yelizavetanın ölümündən sonra dünyanın yeganə hökmdar kraliçası, həm də ən uzun ömür sürən monarx oldu. Ondan sonra bu titilu daşıyan qadın hökümdar olmayacaq.
O, 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra Danimarka taxtına çıxıb. Onda onun 31 yaşı var idi.
Hüseyn İbadlı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?




































