Avropa
Fransa Milli Assambleyasına yeni sədr seçildi
Fransada 17-ci çağırış Milli Assambleyada qanunverici orqanının deputatları sədr seçiblər.
Publika.az xəbər verir ki, iyulun 7-də növbədənkənar parlament seçkilərində seçilmiş deputatlar ilk dəfə iyulun 18-də mümkün hökumət koalisiyasının yarana biləcəyi, parçalanmış Milli Assambleyanın sədrinin seçilməsi üçün toplaşıblar.
Milli Assambleyanın sabiq sədri, Makronçu Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Assambleyaya sədr seçkiləri 3 turda keçirilib. Seçkilərin birinci turunda kommunist Andre Şassen (André Chassaigne) 200 səslə birinci olub. ifrat sağçı Sebastien Çenu (142 səs) və Assambleyanın sabiq sədri Yael Braun-Pivet (124 səs) 2-ci və 3-cü yerləri bölüşüblər.
İkinci turda Assambeyanın sabiq sədri, Makronçu Yael Braun-Pivet 210 səslə birinci olub. Nəhayət üçüncü turda Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Ancaq Baş nazir vəzifəsinə namizəd irəli sürmək üçün müzakirələr hələ davam edir.
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
















.jpg)


















.jpg)


