Avropa
Almaniyada əcnəbilər üçün böyük fürsət: ixtisaslı olan hər kəsi işə götürürlər
Avropa ölkələrində əcnəbi işçilərin işlədikləri işlərə görə həddindən artıq ixtisaslı olduqları müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika qurumu olan “Eurostat” təhlil dərc edib.
Bildirilir ki, Almaniya ilin yalnız ilk yarısında 80 mindən çox əcnəbiyə iş vizası verib. Keçən il isə bu rəqəm 37 min olub. Xüsusilə Aralıq dənizi ölkələrində bu nisbət 70 faizə çatıb. Avropa dövlətləri son illərdə Türkiyədən və Qərbi Balkan ölkələrindən də ixtisaslı işçilər cəlb edir.
Almaniyada ixtisaslı işçi miqrasiyasını təşviq etmək üçün 2020-ci ildə Bacarıqlı Əmək Miqrasiya Qanunu qüvvəyə minib. Keçən noyabr ayından etibarən isə, “Fürsət kartı” olaraq xarakterizə edilən “AB Mavi Kartı” tətbiq edilir.
Avropa ölkələrində işləmək üçün müəyyən ixtisasların sənədləşdirilməsi təcrübəsi ilə ən azı iki illik peşə təhsili olanlar, peşə təhsilinə uyğun ali məktəbləri bitirənlər, alman və ingilis dili tələblərinə cavab verənlər müxtəlif işlərdə işlə təmin olunurlar.
Təhlildə həmçinin bildirilir ki, 2023-cü ildə Avropada işləyən qeyri-Aİ vətəndaşlarının Aİ vətəndaşları ilə müqayisədə həddindən artıq ixtisas dərəcəsi 39,4 faiz təşkil edib.
Roza Şəfiyeva
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO





































