Avropa
Britaniya qənaət rejiminə keçir: orduda bunlardan imtina olunur
Müdafiə naziri Con Hili Böyük Britaniyanın hərbi gücündə ciddi ixtisarların həyata keçiriləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ixtisarlar çərçivəsində Birləşmiş Krallıq Hərbi Dəniz Qüvvələrinin iki amfibiya hücum gəmisi, bir freqat və 31 hərbi helikopteri silahlı qüvvələrin inventarından çıxarılacaq.
Hökumət bu qərarın Mühafizəkarların müdafiə büdcəsində buraxdığı iddia edilən 22 milyard funt sterlinqlik kəsirlə bağlı olduğunu bildirib. Con Hili parlamentdəki çıxışında bildirib ki, Leyboristlərə müdafiə sahəsində “çox pis bir miras” qalıb və bu səbəbdən altı köhnəlmiş müdafiə layihəsinin dayandırılması zərurəti yaranıb. Bu addımın qarşıdakı beş il ərzində 500 milyon funt sterlinqə qənaət edəcəyi gözlənilir.
Bildirilib ki, 31 hərbi helikopter də daimi olaraq istifadədən çıxarılacaq. Böyük Britaniyanın yeni helikopter proqramının həyata keçirilməsi isə hələ bir neçə il çəkəcək. Qeyd edək ki, ötən il silahlı qüvvələrin inventarında ümumilikdə 294 helikopter mövcud idi.
Bununla yanaşı, 40 ildən çoxdur istismar olunan və hər biri təxminən 5 milyon funt sterlinq dəyərində olan “Watchkeeper” pilotsuz uçuş aparatları da istismardan çıxarılacaq. Bu dronların texniki problemlərlə üzləşməsi onların istifadə imkanlarını məhdudlaşdırıb.
-
İdman16:58“Qarabağ”la oyundan öncə “Ayntraxt”dan şok qərar: Baş məşqçi qovuldu
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
-
MDB16:18Donmuş avtomobilini qızdıran zaman yandırdı - VİDEO
-
Nəqliyyat16:09Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
-
Magazin214:49Məşhur bloger elə görüntüsünü paylaşdı ki... - FOTO
-
Magazin214:2870 yaşlı keçmiş siyasətçi çimərlik geyimində poza verdi - FOTO
-
MDB14:09Ukrayna ordusu bir neçə istiqamətdə irəlilədi
-
Nəqliyyat13:48DYP-dən sürücülərə xəbərdarlıq















.jpg)





















