Avropa
Zelenski RAZILIQ VERDİ: Ukrayna güzəştlərə gedir
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın seçilmiş rəhbəri Donald Trampla Parisdə görüşü onu göstərir ki, Ukrayna tərəfi Rusiya ilə sülh danışıqları çərçivəsində güzəştlərə getməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times (NYT) məlumat yayıb.
Nəşr qeyd edib ki, Zelenskinin Trampla görüşü demək olar ki, Ukrayna tərəfinin Rusiya ilə sülh danışıqlarına dair ictimai mövqeyində nəzərəçarpacaq dəyişikliklə üst-üstə düşüb. Ukrayna illərdir ərazilərinin Rusiyaya təhvil verilməsinin qeyri-mümkünlüyündən danışsa da, Zelenski bu yaxınlarda atəşkəsə nail olmaq və NATO-ya üzv olmaq üçün belə bir ehtimalı nəzərdən keçirəcəyini açıqlamışdı. Eyni zamanda, o qeyd edib ki, Ukrayna bundan sonra danışıqlar yolu ilə əraziləri qaytarmağa çalışacaq.
“Mövqe dəyişikliyi Ukraynanın Trampa danışıqların bir hissəsi kimi güzəştə getməyə hazır olduğunu göstərmək üsulu kimi qəbul edildi. Eyni zamanda, Ukrayna rəsmiləri təkid edirdilər ki, Rusiya danışıqlarda iştirak etmək istəmir, xüsusən də qoşunları döyüş meydanında durmadan güclənir”, - məlumatda deyilir.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)














.jpg)