Avropa
Almaniyanın Kansleri vəzifəsinə QADIN NAMİZƏD
İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası fevralın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində ilk dəfə olaraq Kansler vəzifəsinə namizədini müəyyənləşdirib.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, AfD-nin həmsədri, 45 yaşlı Alis Vaydelin partiyanın idarə heyəti tərəfindən Kansler vəzifəsinə namizədliyi yekdilliklə qəbul olunan qərarla irəli sürülüb. A.Vaydel və digər həmsədr Tino Krupalla qərarı dekabrın 7-də AfD-nin ofisində keçirilən mətbuat konfransında elan ediblər.
Ölkədə aparılan son rəy sorğuları nəticəsində AfD-nin reytinqi 19 faiz olaraq dəyərləndirilir. AfD ancaq 32 faiz reytinqə malik Birlik (CDU-CSU) partiyalarından geri qalır. A.Vaydel Kansler vəzifəsinə namizədliyini məhz bu göstərici ilə əsaslandıraraq bildirib: “Biz ölkənin ikinci ən böyük qüvvəsiyik, hökumətə iddiamız məhz bundan irəli gəlir”.
Lakin buna baxmayaraq, A.Vaydelin hökumət başçısı olmaq şansı yoxdur. Çünki bütün digər partiyalar AfD ilə əməkdaşlıqdan imtina edir.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)



















