Avropa
Fermerlərin etirazı Starmerin səfərini yarımçıq qoydu
Böyük Britaniyanın Baş naziri Kir Starmer Bukinhemşirdə keçirdiyi təqdimatı fermerlərin səs-küylü etirazı səbəbindən yarımçıq dayandırıb.
Publika.az “Sky News”a istinadla xəbər verir ki, Kir Starmer hökumətin müharibədən sonrakı dövrün ən böyük mənzil tikinti proqramı çərçivəsində 100-dən çox yeni şəhər inşa etməyi planlaşdırdığını açıqlamaq üçün bölgəyə səfər edib. Lakin çıxışı zamanı bir qrup fermer traktorlarda tikinti sahəsinin yanından keçərək etiraz edib. Onlar musiqili siqnallar səsləndirərək Baş nazirin çıxışını pozublar. Etirazın ardından Kir Starmer səfərini vaxtından əvvəl başa çatdırıb.
Qeyd edək ki, Britaniya hökumətinin dəyəri bir milyon funt-sterlinqdən çox olan təsərrüfatlarda 20 faizlik vərəsəlik vergisi dərəcəsinin tətbiqi planları fermerlər arasında böyük narazılığa səbəb olub.
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı





























.jpg)







