Avropa
Ukrayna ilə bağlı dəhşətli statistika: 10 milyon insan...
2022-ci ilin əvvəlindən 2024-cü ilin ortalarına qədər tammiqyaslı müharibənin iki ilə yaxın müddətində Ukrayna əhalisi minimum 10 milyon nəfər azalıb.
Publika.az xəbər verir ki, bu barədə "Frontliner" məlumat yayıb.
Materiala əsasən, 2022-ci ilin əvvəlində (Krım nəzərə alınmadan) Ukraynada 40 milyondan çox insan yaşayırdı. Lakin 2024-cü ilin ortalarına qədər ölkə əhalisi təxminən 35,8 milyon nəfərə düşüb, onlardan 31,1 milyon nəfəri Ukrayna hakimiyyətinin nəzarətində olan ərazidədir. Beləliklə, iki ilə yaxın müddət ərzində ölkə təxminən 10 milyon vətəndaşını itirib.
Əhalinin azalmasının əsas səbəbi kimi, milyonlarla insanın ölkəni tərk etməsi göstərilir. Hazırda təxminən 5 milyon insan sərhədlər xaricində yaşayır. Onların çoxu Polşa, Almaniya, Çexiya, İtaliya və İspaniyaya yerləşib.
Ukraynadakı qalan əhali, xüsusilə ölkənin şərq və cənub bölgələrində - Donetsk, Luqansk, Xerson, Zaporojye və Xarkov vilayətlərində - kəskin surətdə azalıb. Mərkəzi və qərb bölgələr isə daxili köçkünləri qəbul etməsinə baxmayaraq, emiqrasiya səbəbindən orada da əhali səviyyəsi azalıb.
Ölümlə bağlı itkilərə gəlincə, qeyd edilir ki, ölənlərlə bağlı dəqiq məlumat yoxdur, lakin “söhbət on minlərlə əsgər və minlərlə mülki şəxsdən gedir”.
"Cəbhəboyu ərazilər boş idi: əsasən yaşlı insanlar qalmışdı. Ölüm halları da tibb sisteminin zəifləməsi, stress və xəstəliklərin kəskinləşməsi səbəbindən artıb. 2023-cü ildə təxminən 495 min ölüm, yəni müharibədən əvvəlki illərdən üçdə bir dəfə çox, hər 100 doğuşa görə isə 280 ölüm faktı qeydə alınıb", - məlumatda deyilir.
Əhalinin azalmasına aşağı doğum səviyyəsi də təsir edib. Nəşrin məlumatına görə, 2023-cü ildə cəmi 180 min uşaq doğulub - bu, ölkənin müasir tarixində ən az uşaq hesab olunur.
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı

















.jpg)




















