Avropa
Fransızlar Makrona "GET" DEYİR

Fransızların 70 faizi, eləcə də Melanşondan Le Penə qədər bütün müxalif qüvvələr Prezident Emmanuel Makronun istefasını tələb edir. O, hakimiyyətdə olduğu dövr ərzində ən böyük siyasi təcridlə üz-üzə qalıb.
Publika.az xəbər verir ki, ABC-nin məlumatına görə, ictimai rəy, əsas parlament partiyaları və siyasi analitiklər hesab edirlər ki, Emmanuel Makron Fransa Respublikasının Prezidenti postundan istefa verməlidir. Bu addım ölkəni tarixi milli siyasi böhrandan çıxarmaq üçün zəruri sayılır.
Mühafizəkar “Le Figaro” qəzetinin məlumatına əsasən, fransızların 70 faizi Makronun istefasını dəstəkləyir. Son aylarda keçirilən sorğular göstərir ki, ölkə əhalisinin 65-75 faizi dövlət başçısı barədə mənfi fikirdədir.
Bu ümumi tendensiya fonunda siyasi partiyalar və liderlər hesab edirlər ki, Makronun istefası “Fransanı son il yarım ərzində qəbul edilmiş uğursuz prezident qərarlarının doğurduğu tarixi böhrandan çıxarmağın yeganə yoludur”.
Onun yaxın dostu və keçmiş baş naziri (2017–2020) Eduar Filip bəyan edib ki, “Makron istefa verməlidir ki, növbədənkənar prezident seçkilərinə hazırlıqlar başlansın”.
Respublikaçılar Partiyasının (LR, ənənəvi sağçılar) nümayəndəsi Kristof Qomar prezidentin istefasını bu cür izah edib: “Nəhəng dövlət borcu olan ölkədə qeyri-müəyyənlik və siyasi qeyri-sabitlik fəlakətlidir. Makron Fransanın xeyrini istəyirsə, istefa verməlidir. O getməlidir”.
Sosialist Partiyasının lideri Olivye For çıxış yolunu belə görür: “Makronun iki seçimi var: ya istefa verməli, ya da sosialist baş nazir təyin etməlidir”.
Yaşıllar Partiyasının lideri Marin Tordelye şərh edib: “Makronun üç seçimi var: istefa, növbədənkənar seçkilərin təyin edilməsi və ya solçu qüvvələrlə birgə hökumət”.
“Əyilməz Fransa” hərəkatının (LFI, radikal solçular) lideri Jan-Lük Melanşon dəfələrlə vurğulayıb: “Makron istefa verməlidir. Əgər o getməsə, biz impiçment proseduruna başlamağa məcbur olacağıq”.
“Milli Birlik” partiyasının (RN, radikal sağçılar) qurucusu Marin Le Pen isə vəziyyəti belə ümumiləşdirir: “Özünün yaratdığı xaos qarşısında Makron ya istefa verməli, ya da növbədənkənar seçkilər təyin etməlidir. Bəlkə də hər ikisini”.
-
Hadisə09:00
Salyanda FACİƏ - Sürücü yanaraq öldü
-
Magazin108:00
Rövşanə efirə qayıdır
-
İdman06:46
“Çelsi” və “Arsenal” istəyir: “Barselona” qiymət kəsdi
-
Sağlamlıq05:45
Hər giləsi sağlamlıq bəxş edən MÖCÜZƏ - Prostatdan xərçəngə kimi...
-
MDB04:44
Putinin adını daşıyan yeni rayon açıldı - FOTO
-
İKT04:14
"Meta" şirkəti qardaş ölkədə ofis aça bilər - FOTO
-
Nəqliyyat03:13
Ayı supermarket müştərilərinə hücum etdi - 2 nəfər...
-
Əmlak02:22
20 min manatını alıb yoxa çıxdılar: Nə şirkət var, nə də usta - VİDEO