Avropa
Monastır, stadion, Qala Təpəsi - Liderlər hansını seçəcək?
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüş üçün mümkün məkanlar arasında Macarıstanın ən böyük stadionu olan “Puşkaş Arena”, ölkə hökumətinin “Karmelit monastırı” kimi tanınan iqamətgahı, eləcə də Budadakı Qala Təpəsində yerləşən “Varkert Bazaar” memarlıq kompleksi göstərilir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentlik xatırladıb ki, 2019-cu ildə Putinin Budapeştə son səfəri zamanı onun Macarıstanın Baş naziri Viktor Orbanla görüşü məhz “Karmelit monastırı” iqamətgahında baş tutmuşdu.
2024-cü ilin ikinci yarısında Macarıstanın Avropa İttifaqına sədrliyi dövründə Budapeştdə Avropa Siyasi Birliyinin sammiti və qeyri-rəsmi Aİ sammiti keçirilmişdi. Bu tədbirlərin məkanı 67 mindən çox tamaşaçı tutumu olan “Puşkaş Arena” stadionu olmuşdu. Ötən ilin sentyabrında həmin arenada Rusiya–Macarıstan hökumətlərarası komissiyasının son iclası baş tutmuşdu.
“Varkert Bazar” kompleksi də tez-tez böyük forumlar və Orbanın illik çıxışları üçün istifadə olunur.
Hüseyn İbadlı
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)











