Avropa
"Gözəgörünməz" təyyarələrin istehsalı başlayır
Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına başlanılır.
Publika.az "Defence Express" nəşrinə istinadən xəbər verir ki, "gözəgörünməz" FMLA (Future Multirole Light Aircraft) layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro məbləğində maliyyə vəsaiti alıb.
Yeni təyyarə birbaşa atəş dəstəyi, dronların qarşısının alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini vəzifələrini yerinə yetirmək qabiliyyətində olacaq. FMLA-nın axtarış-xilasetmə işləri də daxil olmaqla mülki missiyalar üçün uyğunlaşdırılması imkanı ayrıca qeyd olunur.
Təyyarə turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7.5 tona qədər olacaq və uzunluğu 450 metrdən çox olmayan zolaqlardan qısa uçuş və enişi icra edə biləcək.
Yeni təyyarənin tədarük müddəti hələlik 2035-2040-cı illərə planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO















.png)



















