Bakı 2015
Bakı 2015: Alman voleybolçuların ilkin siyahısı açıqlandı
Məşqçilər Luciano Pedulla və Vital Heynen Bakı-2015-də yarışacaq voleybolçuların adlarını açıqlayıb.
Publika.az xəbər verir ki, hər iki məşqçi Almaniya Olimpiya rəsmiləri üçün seçilmiş 22 oyunçunun siyahısını təqdim etsə də, Bakı-2015 Avropa Oyunlarında hər komandadan yalnız 14 oyunçu iştirak edəcək. Hər iki komandada müxtəlif təcrübələrə malik gənc oyunçular var.
Kişi voleybolçular Tomas Kocian, Falko Steinke, Leonhard Til və Filip Trenkler, həmçinin, qadın voleybolçu Juliane Langgemach Almaniya milli komandasının köynəyini heç zaman geyməyiblər.
Digər tərəfdən, 2014 Dünya Çempionatında bürünc medal qazanmış Almaniyanın kişilərdən ibarət komandasının 10 oyunçusu Bakı-2015-in ilkin siyahısına daxil edilməyib. Pedulla 2013-cü il qadınların Avropa Çempionatında gümüş medal qazanmış 11 oyunçunun adını açıqlayıb.
Hər iki alman komandası Bakı-2015-də güclü komandaların qruplarına düşüb. Belə ki, Heynenin kişilərdən ibarət komandası Rusiya, İtaliya, Bolqarıstan, Belçika və Slovakiya ilə görüşəcək, Pedullanın qadınlardan ibarət komandası isə Rusiya, Serbiya, Niderland, Bolqarıstan və Xorvatiyaya qarşı oynayacaq.
Qadınların ilkin siyahısı aşağıda verildiyi kimidir (klublar mötərizədə verilib):
Jana-Franziska Poll, Anja Brandt, Saskia Hippe, Laura Weihenmaier, Jennifer Geerties, Denise Imoudu, Carina Aulenbrock, Janine Völker (hamısı Schweriner SC klubu), Leonie Schwertmann, Wiebke Silge (hər iksi USC Münster klubu), Louisa Lippmann, Lisa Izquierdo, Juliane Langgemach (hamısı Dresdner SC klubu), Jennifer Pettke (VC Wiesbaden klubu), Lena Stigrot (Rote Raben Vilsbiburg klubu), Lenka Dürr (Azərbaycan, Azəryol Bakı klubu), Lisa Thomsen (Azərbaycan, Lokomotiv Bakı klubu), Denise Hanke (Wroclaw/Polşa), Maren Brinker (Montichiari, İtaliya), Margareta Kozuch (Piacenza, İtaliya), Mareen Apitz (Kan, fransa) və Kathleen Weiß (Prostejov, Çexiya).
Kişilərdən ibarət komandanın ilkin siyahısı aşağıdakı kimidir (klublar mötərizədə verilib):
Georg Klein, Tomas Kocian, Jaromir Zachrich, Matthias Pompe (hamısı SWD Powervolleys Düren klubu), Sebastian Kühner (BR Volleys klubu), Moritz Reichert, Jan Zimmermann (hər ikisi VfB Friedrichshafen klubu), Falko Steinke (SVG Lüneburg klubu), Tom Strohbach (TV Rottenburg klubu), Leonhard Tille (VC Olympia Berlin klubu), Phillip Trenkler (CV Mitteldeutschland klubu), Michael Andrei (Antwerpen, Belçika), Marcus Böhme (Fənərbaxça İstanbul, Türkiyə), Tim Broshog, Björn Höhne (hər ikisi Maaseik, Belçika), Christian Fromm (Perugia, İtaliya), Simon Hirsch (Sora Frusinate, İtaliya), Denis Kaliberda (Wegiel, Polşa), Lukas Kampa, Dirk Westphal (hər ikisi Radom, Polşa), Jochen Schöps (Rzeszow, Polşa) və Ferdinand Tille (Belchatow, Polşa).
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı



































