Bakı 2015
Rusiyalı deputat: “Bakının gözəlliyini öz gözlərimizlə görəcəyik”
Aparıcı informasiya agentliklərindən biri sayılan “RuNews24.ru” Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edib.
Məqalədə deyilir: “Yenilənmiş, həmişəkindən qat-qat gözəl Bakı gecə saatlarında minlərlə işığa qərq olur. Addımbaşı birinci Avropa Oyunlarının işıqsaçan loqotipinə rast gəlirsən. Bu günlər Azərbaycan paytaxtında 2015-ci ilin başlıca idman hadisəsinə irimiqyaslı hazırlıq işləri başa çatır”.
Publika.az xəbər verir ki, məqalədə yeni Su İdmanı Növləri Sarayından və yenidən qurulmuş Heydər Əliyev adına İdman Sarayından ətraflı söz açılır. Bu obyektlərin açılış mərasimlərində Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak ediblər.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Azərbaycanın milli simvolikasında nar güc və enerji deməkdir. Lakin mən burada daha bir rəmz görürəm. Yaşadığımız məkanın və dünyanın birliyini. Biz hamımız, Avropa qitəsinin sakinləri nar dənələri kimi bir-birimizə sıx yaxınlaşmışıq. Buna görə də bir-birimizlə mehriban dost kimi dolanmalıyıq. Rusiya ilə Azərbaycan belə münasibətlərə layiqli nümunə ola bilər. Rusiya yarışların başlanmasını səbirsizliklə gözləyir. O, Oyunlara ən güclü idmançılarını göndərəcək. Əlbəttə, rusiyalı azarkeşlərin və turistlərin müasir Azərbaycanın necə gözəl, rəngarəng və qonaqpərvər olduğunu əyani görə bilmələri çox əhəmiyyətlidir. Mən bilirəm ki, Azərbaycan çoxları üçün tapıntı olacaq. Özü də çox xoş tapıntı olacaq”.
Azərtac
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
