Bakı 2015
“Bakı-2015” məşəli Lənkərana çatdı
Naxçıvandan yola salınan İlk Avropa Oyunlarının məşəli artıq Lənkərandadır.
Publika.az xəbər verir ki, festival çərçivəsində saat 19:45-də Məşəl estafeti olacaq. 11 nəfər məşəli estafetlə ötürərək rayonun 3 nöqtəsinə gətirəcək, fotoçəkilişlər olacaq. Bu nöqtələrdən ikisi dəqiqdir - Lənkəran şəhərinin girişində, “Samovar” maketinin qarşısında, Stalinin dustaq olduğu və gizli yeraltı keçidlə qaçdığı mayakda. 20:45-də Heydər Əliyev parkında Alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 22:05 üçün nəzərdə tutulub.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)