Bakı 2015
Portuqaliyadan Bakıya velosipedlə gələn azarkeş - FOTOLAR
Portuqaliyalı idmançı, əvvəllər dəfələrlə velosiped yarışlarında iştirak etmiş Corc Kristavo iyunun 12-də ölkəmizin paytaxtı Bakı şəhərində start götürəcək ilk Avropa Oyunlarında tamaşaçı kimi iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabondan Azərbaycana velosiped turuna başlayıb.
Publika.az xəbər verir ki, Corc Kristavo respublikamızda təşkil olunacaq möhtəşəm tədbirdə öz həmvətənlərindən fərqli iştirak etmək niyyətindədir.
Belə ki, bir neçə Avropa ölkəsini gəzən portuqal min kilometrlərlə məsafəni velosipedlə qət edəcək. O, hazırda Fransa ərazisindədir.
Qeyd edək ki, Avropanın bir neçə ölkəsində olacaq 53 yaşlı atlet “Lissabon-Bakı” velosiped turuna bir neçə gün bundan əvvəl başlayıb. O, 7000 kilometr məsafə qət edəcək. Corc Kristavonun bu addımı avropalılar, o cümlədən Lissabon sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Həmin ölkənin mətbuat orqanları 53 yaşlı atletin velosiped turuna xüsusi yer ayırırlar.
Anar Tağıyev
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)