Bakı 2015
“Azərbaycan İlk Avropa Oyunlarına hazırdır” – Latviya mediası “Bakı-2015”-i işıqlandırır
Latviyanın “Valmiera24” qəzetində və saytında (valmiera.pilseta24.lv) “Bakı-2015” I Avropa Oyunları barəsində məqalə dərc olunub.
Publika.az xəbər verir ki, Diaspor Jurnalistləri
Birliyinin sədri Fuad Hüseynzadə və Latviya-Azərbaycan Dostluq
Birliyinin sədri Azər Abbasovun həmmüəllifliyi ilə dərc olunan
“Azərbaycan İlk Avropa Oyunlarına hazırdır” adlı məqalə I Avropa
Oyunlarına Latviyanın 70 idmançısının qatılacağı bildirilir:
“Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə
I Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı
Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib. Bu qərara imza
atanlar da yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf,
həyatın bütün sahələri ilə yanaşı idman sahəsində də güclü
maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq
yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan
idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub. Şübhəsiz
ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və
məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə
yazılan şərəfli səhifədir”.
Məqalədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın bu istiqamətdə gördükləri işlərdən söz açılır.
Yazıda Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın Kann şəhərində “Bakı - Avropa Oyunları - 2015”in
təntənəli təqdimatı zamanı çıxışından sitat verilib: “Olimpiya
hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub. Bu
vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları
tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək,
hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük
şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada
idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına
dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
Məqalədə Mehriban Əliyevanın “Azərbaycan İlk Avropa Oyunlarını Yay
Olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir” fikrinə yer
verilib.
“Bunun üçün bütün lazımı tədbirlər həyata keçirilib. Biz beynəlxalq
qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq.
Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün
lazımı işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa
Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində
keçiriləcək. Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin
qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə
Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola
bilərsiniz”, - deyə o məqalədə qeyd olunur.
Yazıda Azərbaycan bütün bölgələrində, eləcə də paytaxtda və onun
rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqusunun artdığı
qeyd olunur: “Bu istiqamətdə Bakının Binəqədi rayonunda “Təmiz
Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində
əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq
görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə
və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq
işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə
rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən
ibarətdir. Layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata
keçirilib, əhali arasında maariflənmə aksiyaları, müsabiqələr
təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb”.
Asif Nərimanlı
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ27 Aprel 22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin127 Aprel 20:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat27 Aprel 20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az27 Aprel 18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...

































.png)



