Bakı 2015
“Bakı-2015”: Avropa Oyunlarının məşəli daha iki bölgədə
“Bakı-2015” I Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Yardımlı şəhəri olub.
Publika.az xəbər verir ki, festival çərçivəsində Yardımlıda saat 11:00-da məşəl estafeti olacaq. Qarşılaşma mərasimi saat 12:00-da Heydər Əliyev meydanında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 12:30 üçün nəzərdə tutulub.
Məşəlin Azərbaycan səyahəti Yardımlıdan keçərək günortadan sonra Masallıya yürüşlə davam etdiriləcək. Masallıda festivala saat 17:00-da məşəl estafeti ilə start veriləcək. Qarşılaşma mərasimi saat 18:00-da Heydər Əliyev meydanında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 19:00-da olacaq.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün İlqarqızı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)