Bakı 2015
Sabir Rüstəmxanlı: “I Avropa Oyunları Qarabağ faciəsini dünyaya daha yaxşı eşitdirəcək”
“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana
olan etimadın göstəricisidir”.
Bunu Publika.az-a açıqlamasında Vətəndaş
Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir
Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanın dünyada nüfuzu durmadan artır:
“Bu möhtəşəm tədbirin bizim ölkədə keçirilməsi də bunu deməyə əsas
verir. 2012-ci ildə “Eurovision” müsabiqəsinin Bakıda keçirilməsinə
şübhə ilə yanaşanlar var idi. Ancaq mahnı müsabiqəsinin tarixində
ən gözəl müsabiqə bizim ölkəmizdə keçirildi. Qarabağ problemi olan,
torpaqları işğal altında ola-ola bu millətin hansı böyük
mədəniyyətə, hansı potensiala malik olduğunu, təşkilati işlərdə
necə güclü olduğunu ortaya qoyduq. Mən açıq deyirəm ki, bu,
dövlətin və millətin gücünü göstərir. Odur ki, buna qarşı təbliğat
aparmağı ağılsızlıq hesab edirəm. Əgər belələri içimizdə varsa, heç
də yaxşı hal deyil”.
S. Rüstəmxanlı qeyd edib ki, Azərbaycana qarşı aparılan kampaniya
və ölkə daxilində bəzi qüvvələrin buna dəstək verməsi I Avropa
Oyunları məsələsi deyil.
“Ölkə daxilində müəyyən problemlər ola bilər. Təbii ki, insan
haqları qorunmalıdır, çox iş görülməlidir. Ancaq bütün bunları
böyük beynəlxalq tədbirlərlə, Azərbaycanın milli maraqları ilə
əlaqələndirmək olmaz. Bu dəqiqə Azərbaycanda mühüm tədbir
keçirilirsə, filan iş belə olduğundan bu mühüm tədbirlərin Bakıda
keçirilməməsi fikrini irəli sürməməliyik. Onsuz da kifayət qədər
düşmənimiz, Azərbaycanı sevməyənlər var”, - deyə o bildirib.
VHP sədri I Avropa Oyunlarından sonra Azərbaycanın bütün dünyada
yaxşı görünəcəyini diqqətə çatdırıb: “Hesab edirəm ki, bu,
gələcəkdə böyük futbol yarışları, dünya olimpiya oyunlarının
keçirilməsi üçün də bir məşqdir. Azərbaycanın bu yarışları
keçirməyə də gücü çatacaq. Ancaq bura gələnlər Azərbaycanın
mədəniyyətini, tarixini, yaşadığı problemləri, Qarabağ faciəsini
daha yaxşı eşidəcək və biləcəklər. Bunsuz mümkün deyil. Bütün
bunları nəzərə alsaq, I Avropa Oyunlarının məhz bizim ölkəmizdə
keçirilməsinə müsbət yanaşmalıyıq”.
Asif Nərimanlı
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



















.jpg)














.jpg)
