Bakı 2015
Deputat: “Biz Avropadan daha yüksək səviyyədə oyunlar təşkil edəcəyik”
Ölkəmizin ev sahibliyi edəcəyi “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinə 41 gün qalıb. Bu oyunların keçirilməsinin Azərbaycana həvalə olunması ölkəmizin qazandığı uğurun göstəricisidir. Artıq bir çox ziyalılarımız möhtəşəm tədbirlə bağlı öz fikirlərini bölüşüblər.
Millət vəkili Cavanşir Paşazadə Publika.az-a Azərbaycanda ilk dəfə keçirilən I Avropa oyunlarının ölkəmiz üçün böyük uğur olacağını bildirib.
“Artıq Azərbaycanda bu möhtəşəm oyuna hazırlıq çoxdan başlanıb. Bir neçə gün öncə cənab prezident I Avropa oyunlarının məşəlini yandırdı. Heç kim əks-təbliğat aparmaqla bu oyunların keçirilməsinə heç bir müdaxilə edə bilməz. Azərbaycan Avropa oyunlarını keçirəcək, dünyaya nümunə göstərəcək və bildirəcək ki, Azərbaycanda bu neçə illər ərzində hansı böyük işlər görülüb. Biz bu iki il müddətində hazırlaşaraq Avropanın neçə illər ərzində keçirdiyi oyunlardan daha yüksək səviyyədə oyunlar təşkil edəcəyik. Xalq da bunu gözləyir, dövlət başçısı da indiyə qədər işləri bu formada aparıb. Ümumi siyasətimiz də odur ki, gələn qonaqları yaxşı qarşılayaq və bu oyunları keçirməklə dünyaya özümüzü nümayiş etdirək”.
Gülnar Əliyeva
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)