Bakı 2015
İlk Avropa Oyunlarının məşəli Masallıda - FOTO
Mayın 2-də Masallıda əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Birinci Avropa Oyunlarının məşəli Yardımlı rayonundan sonra Masallıya gətirilirdi.
AZƏRTAC xəbər verir ki, əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarında toplaşmışdılar.
Masallı şəhərindəki Olimpiya İdman Kompleksinin qarşısında məşəlin qarşılanma mərasimi oldu. Yüzlərlə rayon sakini yürüş iştirakçılarını böyük sevinclə qarşıladılar.
Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli cüdo üzrə əməkdar məşqçi, idman ustası Xanağa Quliyev qəbul etdi. On məşəlçi Oyunların rəmzi qapısından başlayaraq 3,6 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Talışxanov, Dadva və Qarabağ küçələri boyunca hərəkət edərək Qəhrəmanlar parkının qarşısına gəldilər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.
Cüdo və sambo üzrə dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı, dəfələrlə Azərbaycan çempionu adını qazanmış Hikmət Alışov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı.
Mərasimdə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Sonra “Bakı-2015”in çırağı yandırıldı və Oyunlar başa çatana qədər saxlanılması üçün rayonun gənc idmançısı Ülkər Əliyevaya təqdim olundu.
Rayon sakinləri bu gözəl bayram ab-havasından duyduqları sevinc hissini AZƏRTAC-ın müxbiri ilə bölüşdülər.
Masallı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov: “Bu gün Masallıda əsl idman bayramıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bütün sahələrdə qazandığı uğurların, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdyi diqqət və qayğının göstəricisidir. Azərbaycanın idman salnaməsinə yeni parlaq səhifələr yazılır. Xoşbəxtəm ki, bu tarixi hadisələrin iştirakçısıyam. Bu gün Azərbaycanın bölgələrində alovlanan birinci Avropa Oyunları məşəlinin şöləsi bütün sakinlərə sevinc hissi bəxş edir”.
Rayon sakinlərindən Əbülfəz Nuriyev və polis veteranı Tofiq Şahmarov da söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirdilər. Sakinlər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Birinci Avropa Oyunlarının məşəli Masallıdan Biləsuvar rayonuna yola salındı.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



















.jpg)














.jpg)
