Bakı 2015
“Avropa Oyunları Azərbaycana üç əsas dividend gətirəcək”
“Partiya olaraq I Avropa Oyunlarının Bakıda
keçirilməsini dəstəkləyirik. Hesab edirəm ki, bu məsələdə müxalifət
və iqtidar birləşməli, ümummilli maraqlardan çıxış
etməlidir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan
Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycana xüsusi dividendlər
gətirəcək: “Birincisi, ölkə siyasi dividend qazanacaq. Azərbaycan
beynəlxalq arenada daha çox tanınacaq, dost ölkələrin sayı
çoxalacaq. Bu isə avtomatik olaraq ikinci dividendin əldə
edilməsinə səbəb olacaq. Hansı ki, indiyə qədər ermənilərin yalan
təbliğatına görə dünyada bizim haqqımızdan yanlış rəy formalaşıb.
Bu oyunlar zamanı dünyanın gözü Azərbaycanda olacaq və beynəlxalq
ictimaiyyət Azərbaycan xalqının nə qədər humanist və sivil olduğunu
görəcək. Üçüncü dividend isə iqtisadiyyatla bağlıdır. Ölkəyə turist
axını olacaq və bu axın təkcə oyunların keçirilməsi ilə bitməyəcək.
Çünki bu böyük idman tədbiridir və respublikanın müxtəlif
yerlərində keçiriləcək. Beləliklə, ölkənin turizm potensialı olan
yerlər tanınacaq və gələcəkdə turistlərin daha çox gəlməsinə səbəb
olacaq”.
Partiya sədri hesab edir ki, bu gün oyunların keçirilməsi üçün
tikilən infrastruktur da Azərbaycanın inkişafına qoyulan
kapitaldır.
F. Əliyev Avropa Oyunlarının insan haqlarına bağlanması və
siyasiləşdirilməsini doğru hesab etmir. Onun sözlərinə görə, eyni
təcrübə “Eurovision” yarışması zamanı da yaşandı: “İndi isə Avropa
oyunlarını siyasiləşdirməyə cəhdlər edilir. Bu, Avropanın özü üçün
mənfi haldır. Hesab edirəm ki, bu tipli cəhdlər baş
tutmayacaq”.
Asif Nərimanlı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)