Bakı 2015
"Avropa Oyunları Azərbaycana böyük faydalar gətirəcək"
“İlk Avropa Oyunları Azərbaycana yalnız keçirildiyi müddətdə deyil, sonrakı dövrlərdə də böyük faydalar gətirəcək”.
Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin sabiq müavini, “Summit İnternational Advisors” təşkilatının icraçı direktoru Deyvid Merkel deyib.
D.Merkel bildirib ki, Bakı İlk Avropa Oyunlarının keçirilməsi üçün çox əlverişli şəhərdir: “Bakı ümumiyyətlə gözəl şəhərdir, buraya bir dəfə gələn mütləq yenidən gəlmək istəyir. İlk Avropa Oyunlarında da Bakıya müxtəlif ölkələrdən çoxlu sayda idmançılar, onların azarkeşləri gələcək, o cümlədən dünyada çoxlu sayda insanlar bu Oyunlara tamaşa edəcək”.
D.Merkel vurğulayıb ki, bu insanlar Azərbaycanın gözəlliklərini görəcəklər və öz ailələri ilə bu ölkəyə təkrar gəlmək istəyəcəklər: “Bu isə yalnız indiki zamanda deyil, gələcək zamanda da Azərbaycan iqtisadiyyatının, xüsusən də turizm sektorunun inkişafına böyük imkan yaradacaq”.
D.Merkel İlk Avropa Oyunlarının eyni zamanda dünyada idmanın inkişafına böyül töhfə verəcəyini söyləyib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)