Bakı 2015
Ağadadaş Ağayev: ""Bakı-2015" bizim üçün böyük şansdır"
“Bakı-2015” Birinci Avropa Oyunlarına 39 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıqlar prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq fəal vətəndaş mövqeyi nümayiş etdirir.
Xalq artisti Ağadadaş Ağayev Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir. Gənc dövlətik. Müstəqilliyini yenicə qazanan bir ölkə üçün bu, əlbəttə ki, əlamətdar hadisədir. Bütün dünyanın diqqəti bizim ölkəmizdə olacaq. Azərbaycan əlinə düşən bu fürsətdən təbliğat məqsədı ilə yararlanmalıdır. Ölkələr özünü, bayrağını tanıtdırmaq istəyəndə məhz idman, musiqi, mədəniyyətdən istifadə edir. Bu da bizim üçün böyük şansdır. Mən indidən bayram əhvali-ruhiyyəsindəyəm”.
Ağadadaş müəllim onda bayram əhvali-ruhiyyəsi yaradan yarışları canlı izləmək niyyətindədir. Ancaq bileti yoxdur. Maraqlıdır ki, sənətkar bilet almağa niyyətli deyil. Futbol azarkeşi olan sənətkarımız dəvət gözləyir:
“Mən heç vaxt bilet almıram. Sağ olsun dostlarım, mənə hər zaman dəvətnamə verirlər. Mən futbol fanatıyam. İstənilən futbol oyununu canlı, stadionda izləmişəm. Hər oyuna da dəvətnamə ilə getmişəm. Məni belə alışdırıblar. Bu oyunlarda da, yəqin ki, belə olacaq”.
İsa Şükürov
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)