Bakı 2015
Qaradağ rayonunda Avropa Oyunlarıyla bağlı müşavirə
Mayın 4-də Qaradağ rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirilib.
Publika.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov tədbirdə çıxış edərək “Bakı 2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışıb.
Sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib.
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndəsi Karin Halifaya Avropa Oyunlarının təhlükəsizlik sisteminin yaradılması, bu işdə Azərbaycanının təhlükəsizlik orqanları ilə əməkdaşlıq, həmçinin Oyunların keçiriləcəyi obyektlərin olduğu ərazinin coğrafi yerləşməsinin əhəmiyyəti barədə məlumat verib.
Tədbir Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyin təmin edilməsi mövzuları ətrafında çıxışlarla davam etdirilib.
Müşavirədə, həmçinin Oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti da müzakirə olunub.
AZƏRTAC
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
















.jpg)


.jpg)















.jpg)

