Bakı 2015
I Avropa Oyunlarının məşəli Neftçalada - FOTO
Salyan rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli mayın 4-də günün ikinci yarısında Neftçala rayonuna gətirildi. Rayon sakinləri estafet iştirakçılarını böyük coşqu ilə qarşıladılar.
Neftçala şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi oldu. Birinci Avropa Oyunlarının məşəlini Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev qəbul etdi.
Bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, “Neftçala” futbol klubunun məşqçiləri Mehman İbrahimov və Fəxrəddin Mürvətov Mirzə Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca 4 kilometrə yaxın yolu qət edərək məşəli növbə ilə daşıdılar.
Mərasimdə “Bakı 2015”-in ulduz elçiləri, sevilən aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı sakinlərin bayram ovqatına xüsusi rəng qatdı.
Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov məşəli Bayraq meydanına gətirərək səhnəyə qalxdı və çırağı yandırdı. Coğrafiya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər saxlanılmaq üçün şəhərə hədiyyə edildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəl yürüşü mərasiminin böyük sevincini yaşayan rayon sakinlərinin bir neçəsi təəssüratlarınıAZƏRTAC-ın müxbiri ilə də bölüşdü.
Məşəl yürüşündə iştirak etmiş veteran futbolçu, hazırda Neftçalanın eyniadlı klubunda məşqçi işləyən Mehman İbrahimov: “Birinci Avropa Oyunlarının ən mühüm mərasimlərindən birinin iştirakçısı olduğum üçün sevincim hədsizdir. Bu etimada görə təşəkkür edirəm. Tarixdə yerini alacaq Oyunların idmanımızda xüsusi yeri olacaq və həmişə xatırlanacaq. Bu anların mənim də həyatımda xoş xatirə kimi xüsusi izi qalacaq. Məşəl estafetinin layiqincə qarşıladıqları üçün bütün həmyerlilərimə minnətdaram və onları bu bayram münasibətilə təbrik edirəm. Avropa Oyunlarında isə idmançılarımızın hər birinə uğurlar arzulayır və onlardan qələbə, ən əsası, layiqli çıxış gözləyirəm".
Böyük Vətən müharibəsi veteranı Alxan Əliyev: “Bu günlər ikiqat sevinc yaşayıram. Mayın 9-da faşizm üzərində tarixi Qələbənin 70 illiyi tamam olur. Qələbənin əldə olunmasında azərbaycanlı döyüşçülərin də böyük rolu olub. İyunun 12-də isə Azərbaycanda birinci Avropa Oyunlarına start veriləcək. Bunların hər ikisi fərəh doğuran hadisədir. Bir arzum var: Qələbə gününü Şuşada, Xankəndidə də qeyd edək, bu məşəli Dağlıq Qarabağda da yandıraq”.
Rayon gənclər və idman idarəsinin rəisi Yalçın Nuriyev də sevinc hisslərini dilə gətirərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışdı, ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında çıxış edəcək idmançılara qələbə arzuladı.
Sonra məşəl Azərbaycanın balıqçılıq və kürü sənayesinin aparıcı müəssisəsi olan məşhur nərə balıqartırma zavoduna aparıldı. Kür çayı sahilində salınmış yeni Bayraq meydanında ecazkar axşam mənzərələri seyr edildi, yelkən səyahətinə çıxıldı.
Neftçala rayonunda alovlandırılan birinci Avropa Oyunlarının məşəli oradan Şirvan şəhərinə istiqamət götürdü.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı






































.jpg)

.jpg)