Bakı 2015
“TRT Haber” telekanalı Avropa Oyunlarından reportaj yayımladı
Türkiyənin “TRT Haber” televiziya kanalı Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı geniş reportaj yayımlayıb.
Publika.az xəbər verir ki, reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakıda hazırlıq işlərinin yekunlaşdığı bildirilib. Vurğulanıb ki, nəhəng idman obyektlərinin əksəriyyəti artıq istifadəyə verilib və Bakı turistləri, idmançıları qəbul etməyə hazırdır. Reportajda, həmçinin İlk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu görüntülər nümayiş etdirilib. Süjetdə Prezident İlham Əliyevin məşəlin alovlandırılması mərasimindəki çıxışına da geniş yer verilib, Atəşgah məbədindən start götürən birinci Avropa Oyunlarının məşəl estafetindən bəhs olunub. Dövlətimizin başçısının ilk Avropa Oyunlarının idman və dostluq bayramına çevriləcəyi barədə fikirləri süjetdə diqqətə çatdırılıb.
Bu mötəbər tədbirin xarici ölkələrdə təqdimat mərasimlərinə də toxunulan reportajda Bakı 2015-in hazırlıq işlərində, eləcə də təbliğində Azərbaycanın birinci xanımı, İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rolu xüsusi vurğulanıb. Bildirilib ki, hazırlıq prosesində Oyunlarla bağlı ən xırda detallar belə nəzərə alınıb. Bəzi qüvvələrin qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan İlk Avropa Oyunlarını keçirməklə daha bir böyük uğura imza atmağa hazırlaşır.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı






































.jpg)

.jpg)