Bakı 2015
“Təəssüf ki, Avropa Oyunları bizim dövrə təsadüf etmədi”- dünya çempionu
Taekvondo üzrə Avropa və dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev Avropa Oyunlarında çıxış etməyin idmançılar üçün qürur hissi olduğunu deyib.
Keçmiş idmançı Publika.az-a açıqlamasında bu cür turnirin onların dövründə olmadığı üçün təəssüfləndiyini deyib:
“Bu cür turnirdə, Azərbaycan yığmasının tərkibində iştirak etməyi hər bir idmançı istəyərdi. Hamı istəyər ki, Avropa Oyunlarında qalib olsun, medallardan birinə sahib çıxsın. Bu gün Azərbaycanda, doğma azarkeşlər önündə iştirak etməyin özü böyük fəxr hissidir. Hər bir idmançı bu turnirdə şərəf hissi ilə döyüşməlidir, öz sahəsində layiqincə çıxış etməlidir. Təəssüf ki, bu turnir bizim çıxış etdiyimiz dövrə təsadüf etmədi. Amma orada çıxış edəcək idmançılara uğurlar arzulayıram. Təbii ki, keçmiş bir idmançı kimi deyirəm, onların yerinə mən də olmaq istəyərdim”.
Vitse-prezident I Avropa Oyunlarında çıxış edəcək taekvondoçularımızdan da danışdı:
“Demək olar bir ildir ki, I Avropa Oyunları üçün çalışırıq. Təəssüflər olsun ki, ağır çəkilərdə problemimiz olur. Amma 8 idmançı ilə təmsil olunacağıq. Mayın 8-dən 18-nə qədər biz Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcəyik. Biz orada 8 oğlan, 7 qız idmançı ilə təmsil olunacağıq. Orada layiqincə çıxış edəcək 4 qız, 4 oğlan idmançımız seçiləcək və Avropa Oyunlarında çıxış edəcək”.
Aygün İlqarqızı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı






































.jpg)

.jpg)