Bilgi.az
Bu şəhərlər sakinlərinə pul ödəyir - FOTOLAR
Yaşadığımız dünyada bu və ya digər səbəbdən sakinlərə ehtiyacı olan xeyli sayda şəhərlərin olduğunu çox az insan bilir. Öz ərazisində yaşamaq və təhsil almaq üçün bu şəhərlər sakinlərə böyük məbləğdə pullar təklif edir.
Publika.az "AdMe.ru"ya istinadən belə şəhərlərin siyahısını oxuculara təqdim edir.
Detroyt, Miçiqan ştatı, ABŞ

Bir vaxtlar "Qərbi Paris", "ABŞ-ın avtomobil paytaxtı" kimi tanınan bu şəhəri ХХ əsrin ortalarından başlayaraq sakinlər tərk etməyə başladı. Şəhər hazırda əhali sayını artırmağa və əvvəlki statusunu qaytarmağa çalışır. Problemi həll etmək üçün hökumət "Challenge Detroit", adlı yeni proqram tətbiq edir. Proqrama əsasən müxtəlif sahələrdə professional işçilərə ayda 2,5 min dollar verilməsini nəzərdə tutur.
Alyaska ştatı, ABŞ

Əgər siz qış və ağappaq dağ mənzərələrini sevirsinizsə, aşağı temperaturda özünüzü rahat hiss edirsinizsə, onda Alyaskada yaşamaq sizin üçün unudulmaz həzz ola bilər. Şimal regionun həyatında professional şəkildə iştirak edənlərə ABŞ xüsusi olaraq dövlət proqramı hazırlayıb və pul ayırıb. Yeganə tələb olunan şərt Alyaskada bir il qalmaqdır.
Saskaçevan vilayəti, Kanada

Bu Kanada vilayəti yeni məzun olan şəxslərə (2010-cu ildən yuxarı) yaxşı təklif verir. Belə ki, sonrakı həyatı və karyerası barədə aydın təsəvvürə malik olmayan gənclərə 7 il ərzində şəhərdə yaşamaları və işləmələri üçün 20 min dollar ödənilir.
Niaqara şəlaləsi, Nyu-York ştatı, ABŞ

Dünyanın ən gözəl və cəlbedici yerlərindən birində yaşamaq və pul qazanmaq qeyri-real görünsə də, mümkündür. Hökumət iki il ərzində universitet məzunlarına şəlalə yaxınlığında yerləşən yerli müəssisələrdə işləmələri üçün 7 min dollar ayırır.
Ponqa, Asturiya, İspaniya

Bu gözəl kənd İspaniyanın şimal-şərqində, ölkənin ən qədim ərazində yerləşir. Gənc insanları cəlb etmək və yerli iqtisadiyyatı canlandırmaq üçün hökumət bu kəndə köçən hər ailəyə üç min avro təklif edir. Bundan əlavə ailədə doğulan hər bir körpə üçün də üç min avronun ödənilməsi nəzərdə tutulub. Ekoloji cəhətdən təmiz və gözəl ərazidə yaşamaq istəyənlər üçün bu kənd gözəl fürsətdir.
Utrext, Hollandiya

Hollandiya humanitar alimlər və sosial eksperimentləri ilə tanınan ölkədir. Onlardan biri belədir: Hər bir şəhər sakininə 1000 dollar versək, bu onların həyatına necə təsir edər? Sadə eksperiment.
Kertis, Nebraska ştatı, ABŞ

Yəqin ki, hər bir insan ömründə bir dəfə də olsun şəhəri idarə etmək arzusunda olub. Kertis şəhəri bu insanların təkliflərini dəyərləndirir. Bu balaca Amerika şəhərciyi yaxşı ideya müqabilində yerli infrastruktur və mədəniyyətin inkişafına töhfə verəcək insanlara ev tikintisi üçün torpaq sahəsi hədiyyə edir.
Aytən
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir



































