Bilgi.az
Xanımı Ərdoğan üçün ən çox hansı yeməyi bişirir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və bu ölkənin birinci xanımı Əminə Ərdoğan ailəsinin yemək mədəniyyətindən danışıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Yüzillik reseptlərlə türk mətbəxi” kitabından bəhs edən xanım Ərdoğan Türkiyənin zəngin mətbəx mədəniyyətinin olduğunu bildirib.
“Mətbəximiz böyük bir xəzinədir, böyük bir zənginlikdir. Ancaq bizim ləziz yeməklərimizi dünyaya tam şəkildə tanıtmaq mümkün deyil. “Yüzillik reseptlərlə türk mətbəxi” bu fikirlərlə doğulub. Bu kitabda mətbəximizin önəmi və əsas personajları işıqlandırılıb”, - Türkiyənin birinci xanımı deyib.
Əmin Ərdoğan ailəsinin süfrə ənənələri və mədəniyyəti haqda isə bunları söyləyib:
“Mən Siirtdənəm. Amma İstanbulda doğulub böyümüşəm. Ona görə də İstanbul mətbəxinə daha çox hakiməm. Müxtəlif yerli mətbəxlərdən yeməklər bişiririk. Sevərək yediyimiz ləzzətlər arasında kitel, pərdə plovu, qovurmalı bulqur şorbası (sever basal) var. Süfrəmizdə zeytun yağlı yeməklər də tez-tez olur.
Tayyib bəy Qara dəniz bölgəsindən olduğu üçün bu kulinariya mədəniyyətini də mənimsəmişəm. Mümkün çeşidli ləzzətlərə açığam. Yemək kitablarında və ya qəzetlərdə gördüyüm reseptləri sınayırdım. Hətta heç vaxt unutmadığım lobya tortu reseptim var. Bu tortu yeyən inana bilmir ki, içində un yoxdur”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)





















.jpg)

.jpg)
