Bilgi.az
Bu axşam Bakı qaranlığa qərq olacaq - AKSİYA
Bu gün "Yer saatı" ("Earth Hour 2015") beynəlxalq
aksiyası keçiriləcək. Bu il "Yer saatı" aksiyasında dünyanın 156
ölkəsinin sakinləri iştirak edəcək. Onların arasında Azərbaycanda
var.
Publika.az-ın məlumatına görə, proqram
çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər,
alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar.
Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və
"Marriott Absheron" otelinin fasadının işıqlandırılması
dayandırılacaq.
Layihə saat 22:00-da başa çatacaq.
Xatırladaq ki, layihə çərçivəsində dünyanın müxtəlif
bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə
qarşı həmrəylik nümayiş etdirmək üçün birləşir. Ümumdünya Vəhşi
Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son
şənbə günündə keçirilir.
Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. "Yer saatı" zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.
-
Sosial23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi











.jpg)
.jpg)
.jpg)
.webp)















.jpg)



