Kriminal
“Qarabağ” məşhur futbolçusunun törətdiyi ağır qəza ilə bağlı AÇIQLAMA YAYDI - - YENİLƏNDİ
“Qarabağ” futbol klubu futbolçusu Hannes Halldorssonun törətdiyi yol qəzası ilə bağlı rəsmi açıqlama yayıb.
Publika.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə hadisəyə münasibət bildirib: “Qolkiperimiz Hannes Tor Halldorsson evinə yollanarkən, yol-nəqliyyat hadisəsi baş verib. Futbolçu idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb. Sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə edib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir.
"Qarabağ" futbol klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir”.
*****
9:56
Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub.
Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib.
Nizam
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO







































