Kriminal
Bakıda ŞOK HADİSƏ - Avtomobildən külli miqdarda brilyant və dollar oğurlandı - FOTO
Paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus “İnfiniti” markalı avtomobilin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14000 manat dəyərində 65 karat brilyant qaşların, 11200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10000 ABŞ dolları, 3000 Avro və 1500 manatının naməlum şəraitdə oğurlandığını bildirib.
Publika.az xəbər verir ki, məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış və 37-ci Polis Şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Rüfət Şahbazov və Mürüfət Şahbazov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)


















.jpg)
.jpg)






