Azərbaycanda ŞOK OLAY: əvvəlcə ananın gözü qarşısında övladını, sonra isə ananı...
Bizi izləyin

Kriminal

Azərbaycanda ŞOK OLAY: əvvəlcə ananın gözü qarşısında övladını, sonra isə ananı...

Bakıda qonşusunu öldürməyə cəhd etməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Emin Aşumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Bakı şəhər sakini Emin Aşumov 2 sentyabr 2017-ci il tarixdə, saat 21 radələrində yaşadığı Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 10 ünvanında yerləşən həyət evinə bitişik evdə yaşayan qonşusu Elşən Məmmədhəsənovun uca səslə nalayiq sözlər istifadə etməsinə görə iradını bildirib.

Qonşuların davası

Emin Aşumovun bu haqlı iradına Elşən Məmmədhəsənov kobud cavab verib. O, Emin Aşumovu nalayiq sözlərlə təhqir edib.

Sonuncu dəfə Elşən Məmmədhəsənov tərəfindən təhqir olunan Emin Aşumov onun tərəfindən əvvəllər də ona qarşı hörmətsizlik göstərməsini özünə təhqir kimi qəbul edib. O, Elşən Məmmədhəsənovun iradlarına məhəl qoymadığına görə sonuncudan qisas almaq üçün şəxsi münasibətlər zəminində onu öldürmək qərarına gəlib.

Küçədə əlbəyaxa dava

Bu səbəbdən Emin Aşumov yaşadığı evdən mətbəx bıçağı götürüb və Elşən Məmmədhəsənovdan küçəyə çıxmasını tələb edib. Onlar evlərinin qarşısında mübahisələrini davam etdirməklə əlbəyaxa olublar.

Bu zaman səs-küyə küçəyə çıxmış və onun qanunazidd hərəkətlərinin qarşısını almağa çalışan Elşən Məmmədhəsənovun anası Solmaz Mehdiyevanın yalvarışlarına məhəl qoymayarn Emin Aşumov öz hərəkətlərini davam etdirib.

Ananın gözü qarşısında oğluna qarşı amansızlıq

Bu vaxt Emin Aşumov Solmaz Mehdiyevanın gözü qarşısında Elşən Məmmədhəsənovu qəsdən öldürmək niyyəti ilə həmin bıçaqla sonuncunun döş qəfəsinə, həmçinin bədənini müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.

Bu zaman Solmaz Mehdiyeva Emin Aşumovun oğluna qarşı etdiyi hərəkətlərin qarşısını almaq istəyib. Ancaq Emin Aşumov Solmaz Mehdiyevanı kənara itələyib, sonra Elşən Məmmədhəsənova daha bir neçə zərbə vurub.

Həmin vaxt Elşən Məmmədhəsənov yerə yıxıldıqdan sonra onları aralamağa çalışan Solmaz Məmmədhəsənovaya da bir neçə bıçaq xəsarəti yetirib.

Dəhşətli hadisə

Bu vaxt hadisə yerinə gəlmiş Elşən Məmmədhəsənovun atası Sahib Məmmədhəsənov və qonşular Emin Aşumovun hərəkətlərini davam etdirməyin qarşısı alınıb.

Daha sonra hadisə şahidlərinin köməkliyi ilə Elşən Məmmədhəsənov və yüngül xəsarət alan Solmaz Məmmədhəsənova xəstəxanaya aparılıb.

Onlara xəstəxanada ixtisaslı tibbi yardım göstərilib. Solmaz Məmmədhəsənovanın həyatı üçün təhlükə olmayıb. Həkimlərin göstərdiyi ixtisaslı tibbi yardım nəticəsində Elşən Məmmədhəsənovanın da həyatını xilas etmək mümkün olub.

Qonşusuna amansız olanın cəzası

İstintaq orqanı tərəfindən Emin Aşumovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Aşumov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Şikayət etdi, cəzası dəyişmədi

Hökmdən narazı qalan Emin Aşumov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası hüdudlarında cəza təyin edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Emin Aşumovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Emin Aşumov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Emin Aşumovun şikayəti təmin olunmayıb.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm