Kriminal
Bakıda tələbə qız sevdiyi oğlana görə... - BULVARDAKI İNTİHARIN DƏHŞƏTLİ TƏFƏRRÜATI/VİDEO
Video əlavə olunub.
***
Bu gün Bakı Bulvarında baş verən dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihar edən Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı Azərbaycan Tibb Universitetinin tələbəsi olub.
Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb.
Ötən gecə Nəzakət Rzazadə bulvar ərazisinə gələrək valideynlərinə zəng edib. O, həyatdan bezdiyini, özünü öldürəcəyini deyib. Atası gənc qızı fikrindən daşındırmağa çalışsa da o, özünü dənizə atıb. Hadisə vaxtı qızın ardınca bulvara gələn 25 yaşlı Babahüseyn Məmmədov özünü suya ataraq Nəzakəti çıxarmağa çalışsa da, onu tapa bilməyib. Bulvarın mühafizəçilərinin köməkliyi ilə B.Məmmədov sudan çıxarılıb.
Bildirilir ki, Bakıdakı ticarət mərkəzlərindən birində çalışan B.Məmmədov dünən axşam bərbərlik kursunda olub. Ona görə də bulvara tez çata və Nəzakətə vaxtında mane ola bilməyib. O, dəniz sahilində-suyun üzərində gödəkçə görərək özünü suya, atıb. Lakin gödəkçənin boş olduğu məlum olub.
Hazırda N.Rzazadənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, N.Rzazadənin valideynləri qızı Babahüseynə verməyə əvvəlcədən razılaşmasalar da, son anda onların evliliyinə razılıq veribmiş.
*****
10:44
Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakı Bulvarı ərazisində görüşdükdən sonra əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.
****
10:03
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
Muxtar
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)













.jpg)



.jpg)

