Kriminal
Azərbaycanda daha bir DƏHŞƏT: ata və oğlu güllələnərək öldürüldü - YENİLƏNDİ
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Yardımlıdakı qətllə bağlı birgə məlumat yayıb.
Publika.az-ın xəbərinə görə, birgə məlumatda deyilir:
"Fevralın 27-si saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilən meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranan mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
*****
Yardımlıda ata və oğlunun qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Şəmsəddin Kərimov və oğlu Elməddinin üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda cinayət işi başlanıb.
*****
14:55
Bu gün Yardımlı rayonunda dəhşətli qətl törədilib.
Publika.az xəbər verir ki, hadisə rayonun Eçara kəndi yaxınlığındakı fermada baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxs ferma sahibi Kərimov Şəmsəddin Fərhad oğlu ilə onun 28-30 yaşlı oğlunu güllələyərək öldürüb. Qatil daha sonra silahı ilə birlikdə qaçıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qeyd edək ki, qətlə yetirilən Ş.Kərimov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə o, 2016-cı ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Belə ki, Masallı şəhərində yaşayan və daha əvvəl 6 dəfə məhkum edilmiş “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimovun evinin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.
Muxtar
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 1 May 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial1 May 17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO













.jpg)
















.png)

.jpg)






