Kriminal
Keçmiş icra başçısının həbs edilmiş oğlu ilə bağlı YENİ XƏBƏR
Fevralın 1-də Yasamal rayonu ərazisində Dilarə Bəhmənovanın bıçaqla çoxsaylı xəsarətlər yetirilərək öldürülməsinə cəhd edilməsi faktı üzrə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi və Dilarə Bəhmənovanın ölümlə hədələnməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi bir icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə rayon prokurorluğunda istintaq davam etdirilib.
Yasamal rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərəçəkmişin keçmiş əri Ceyhun Bəhmənovun Dilarə Bəhmənovanı yenidən birgə yaşamaları üçün evə qaytarmaq məqsədilə bir neçə dəfə ölümlə hədələməsinə, sonuncunun bundan imtina etməsi səbəbindən qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ceyhun Bəhmənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisəni törədən şəxs Şuşa rayonunun keçmiş icra başçısı, Dağlıq Qarabağın Azərbaycanlılar İcmasının sədri olmuş mərhum Nizami Bəhmənovun oğludur.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO

















.jpg)



















.jpg)


