Kriminal
Bakıda market nəzarətçisindən iş yerinə ŞOK ƏMƏL - POLİS YAXALADI
Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən marketlərdən birinin içində quraşdırılan ödəmə terminalından oğurluq edilib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, naməlum şəxs marketə daxil olaraq terminalı sındırıb və oradan 3500 manat oğurlayıb. Məlumat daxil olan kimi Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı məlum olub ki, ödəmə terminalından oğurluq həmin marketdə nəzarətçi işləyən Oğuz rayon sakini Müşfiq Lətifov tərəfindən törədilib. Əməliyyat zamanı həmin şəxs saxlanılıb. M.Lətifov ifadəsində iş saatı sona çatdıqdan sonra özündə olan açarla marketə daxil olduğunu və ödəmə terminalındakı pulları ələ keçirdiyini bildirib.
Oğurlanan pulların bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
M.Lətifovun barəsində 29-cu Polis Şöbəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
-
Avropa08:12Avropada poliqonunda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


