Bakıda 44 yaşlı "seksual manyak"ın ŞOK ƏMƏLLƏRİ - Liftdə məktəbli qızları...
Bizi izləyin

Kriminal

Bakıda 44 yaşlı "seksual manyak"ın ŞOK ƏMƏLLƏRİ - Liftdə məktəbli qızları...

Bakıda qızlara qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan 1976-cı il təvəllüdlü Rauf Süleymanovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rauf Süleymanov 17 sentyabr 2018-ci il tarixdə, saat 07.30-da Xətai rayonundakı binaların birinin 2-ci mərtəbəsinin pilləkən meydançasında şalvarını aşağı çəkib və orada olan 2005-ci il təvəllüdlü Sahibə Verdiyevaya (ad və soyad şərtidir – red.) qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

Bundan başqa, Rauf Süıeymanov həmin gün saat 07.45-də həmin binanın 1-ci mərtəbəsinin pilləkən meydançasında 2001-ci il təvəllüdlü Səbinə Babayevaya qarşı da əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Rauf Süleymanov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi zərərçəkmiş qismində ifadə verən Sahibə Verdiyeva bildirib ki, orta məktəbin 8-ci sinfində oxuyur: “Mənimlə bir məktəbdə oxuyan rəfiqəm Səbinə ilə eyni binada, eyni blokdam yaşayırıq. Sentyabrın 17-də, səhər saat 07.30-da yaşadığım evdən çıxaraq, blokda Səbinə ilə görüşüb, məktəbə getməli idiik. Səbinə məni blokda gözləyirdi.

Pilləkənlərlə aşağı düşən zaman ikinci mərtəbədə bir nəfər əvvəllər tanımadığım əlində qırmızı rəngli sellofan paket olan kişinin dayandığını gördüm. Kişinin durduğu yerə çatanda şalvarını aşağı çəkdi, lüt vəziyyətdə dayandı. Aramızda məsafə təxminən 3-4 metr olardı. Kişinin əxlaqsız hərəkətlərini gördüm, orada qışqıraraq yenidən yaşadığım mənzilə qalxdım.

Mənzilə qalxanda birinci mərtəbədə Səbinənin də qışqırıq səsini eşitdim. Çox qorxduğum üçün valideynim qapını açanda huşumu itirdim”.

Sahibə Verdiyeva qeyd edib ki, hadisə barədə valideynlərinə məlumat verib, valideyinləri də sentyabrın 19-da ərizə ilə Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edbilər: “Rauf Süleymanov mənə qarşı əxlaqsız hərəkətləri edib. Lakin mənə toxunmayıb, qolumdan tutmayıb, məktəbli formamı çıxarmağa çalışmayıb. Hər hansı fiziki ağrı yetirməyib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Sülıeymanovun ittihamı dəyişdirilib. İstintaq orqanı tərəfindən ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi həmin məcəllənin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinən Rauf Süleymanov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Digər zərərçəkmiş Səbinə Babayevaya qarşı törədilən hərəkətlərlə bağlı olan epizod Rauf Süleymanova verilmiş ittihamdan xaric edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Rauf Süleymanova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilməsini, cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv eidlməsini, Rauf Süleymanovun barəsində ağırlaşdırıcı halların müəyyən olunması üçün cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun kasasiya protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun kasasiya protesti təmin olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm