Kriminal
Yevlaxda DƏHŞƏTLİ CİNAYƏT: Həyat yoldaşının barmaqlarını KƏSDİ - ŞOK TƏFƏRRÜAT/VİDEO
Video əlavə olunub.
xxx
Yevlaxda ər və arvad arasında yaranan mübahisə qanla sona çatıb. Hadisə rayonun Hacıselli kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Mehdi Qarayev həyat yoldaşı, 44 yaşlı Elnarə Qarayevanı mal-qara saxlananan tövlədə çapacaqla vuraraq ağır xəsarət yetirib.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, baş nahiyəsindən və əlindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Mehdi Qarayevin anası Bənövşə Əliyeva oğlu ilə gəlini arasında tez-tez mübahisə yarandığını deyib:
"Səhər saat 9-a qalmış olardı, gördüm, çığırtı gəlir, nə qədər çabaladım, yerimdən qalxa bilmədim. Birtəhər baxdım, gördüm qız qanın içində özünü evə saldı. Dedi, "Ay ana, Mehdi məni öldürdü, qoymayın". Mehdinin oğlu da o biri evdə yatmışdı, çıxdı tez, atasını tapmadı, qaçıb getmişdi harasa. Tez maşın çağırdılar, gəlini apardılar xəstəxanaya. Başına vurub, barmaqlarını kəsib. Bəlkə, 20 ildir, aralarında belə mübahisə olur. O yazıq gəlin dözürdü oğluma".
43 yaşlı Elnarə Qarayevanın anasına xəbəri qudası Bənövşə Əliyeva verib. Nərgiz Həmzəyeva qızının evinə gələndə qanlı hadisənin şahidi olub.
"Mehdinin anası zəng elədi mənə, gəldim ki, ay Bənövşə, nə olub? Dedi, "Mehdi Elnarəni çapacaqla vurub, başını yarıb, əllərini də kəsib, qan götürüb gedir". Mən çatanda aparmışdılar xəstəxanaya. Heç görmədim, çatmadım”.
Xəstəxanaya yerləşdirilən E.Qarayevanın səhhətinin kafi olduğu bildirilir. Hadisəni törədən Yevlax rayon Hacıselli kənd sakini, 47 yaşlı Mehdi Qarayev isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi









.jpg)






.jpg)




















.jpg)

.jpg)