Kriminal
Abşeron polisi silsilə cinayətlərin üstünü açdı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-dən Publika.az-a verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 2 evdən oğurluq faktı ilə bağlı daxil olan müracət üzrə bir evdən 5 015 manat pul, 5 655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3 500 manat pul, 7 000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.
Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.
T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.
Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































